Mənzillər sürətlə bahalaşır, ucuzlaşmanı gözləməyə dəyərmi... – Ekspertdən açıqlama

15:25 / 28.10.2021
764
Yeni
tikilən mənzillərin baha qiymətə təqdim olunması insanlarda narazılıq doğurur. İstehsalçılar
bahalaşmanın ölkəyə idxal olunan bütün tikinti materiallarının yüksək qiymətə təqdim
olunması səbəbi ilə baş verdiyini bildirir. Bu isə öz növbəsində əlçatan mənzil
arzusunda olanların hələ də gözləməli olduğu qənaətini yaradır.
Maraqlıdır,
total bahalaşma fonunda mənzillərin ucuzlaşmasını gözləmək olarmı?
Məsələ
ilə bağlı Sfera.az-a danışan əmlak eksperti Vəfadar Axundov tikinti
materiallarının ötən illərlə müqayisədə hədsiz bahalaşdığını bildirib. Ekspert
bunun da paralel olaraq mənzil bazarına təsir etdiyini söyləyib:
"Hazırda
ölkəmizə tikinti materialları əsasən Rusiyadan gəlir. Rusiyada isə bu məhsulların
qiyməti artıb. Əvvəllər 100-150 dollara aldığımız taxtanı indi 250-270 dollara ala
bilirik. Qiymətlərin artdığı üçün mənzillərin hər kvadrat metri üçün təyin
olunan qiymətlər də yüksəlir. İndi
yeni tikilən evlərdənsə, köhnə mənzilləri almaq daha rahat və ucuz başa gəlir.
Yeni tikilməkdə olan bina evlərinin qiyməti çox yüksəkdir. Bunun da əsas səbəbi
tikinti materiallarının baha olması ilə əlaqədardır”.
Tikinti
məsələləri üzrə ekspert Arif Cavadlı isə bu ilin sonu və gələn ilin əvvəlləri
üçün yeni tikilən mənzillərin baha, yay aylarından etibarən isə aşağı qiymətə təqdim
oluna biləcəyini deyib:
Əzizə
Zeynal