Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır - FOTOLAR

Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır - FOTOLAR
Türkiyə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi ilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni və ən güclü hücum əməliyyatına hazırlaşır.
 
"Haber7” portalının bildirdiyinə görə, yeni əməliyyat kürd yaraqlılarının əsasən təmas xətti boyu mövqelərinə qarşı yönələcək və türk qoşunları bölgədəki ABŞ və Rusiya qüvvələri ilə birbaşa toqquşmadan yayınmaq üçün bütün mümkün olanı edəcək. Bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin maksimal dəqiqlikli zərbələrə üstünlük verəcəyi bildirilir.

Xatırladaq ki, iki gün əvvəl Türkiyə Böyük Millət Məclisi hökumətə İraqda və Suriyada hərbi əməliyyatlar həyata keçirməyə icazə verən, 2 il qüvvədə olacaq qətnaməni təsdiqləyib. Neçə vaxtdır Suriyanın şimalında vəziyyət gərginləşməkdədir və Türkiyə hərbçilərinə qarşı artan hücumlara cavab olaraq Ankara yeni hərbi əməliyyatlara başlayacağına eyham vurub. Bu hücumlara görə birbaşa Rusiya və ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Türkiyə ordusunun bölgədə yeni irimiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşdığını oktyabrın 27-nə keçən gecə 5 kilometrlik hərbi texnika kalonunun Türkiyədən Suriyanın şimalına keçməsi də təsdiq edir. Kalonda ən azı 100 vahid zirehli texnika, o cümlədən tanklar, artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri olduğu bildirilir. Hərbi texnika kalonu sərhədi keçəndən sonra İdlib bölgəsinin cənubuna, Cebel Əz-Zaviyə rayonuna istiqamət alıb.

"Bloomberg” agentliyi isə hökumət dairələrindəki mənbələrə istinadən oktyabrın 27-də Türkiyənin Suriyanın şimalına "yüzlərlə” hərbçi göndərdiyini də xəbər verib. "Türkiyə Amerikanın dəstəklədiyi kürd qüvvələrinə qarşı çoxdan dayandırılmış hücumun bərpasına hazırlıq çərçivəsində ötən gecə ərzində Suriyaya yüzlərlə hərbçi yerləşdirib”,-məlumatda deyilir.

Bundan əvvəl də Türkiyənin Suriyanın şimalına əlavə ordu qüvvələri cəmləşdirdiyinə dair xəbərlər və videokadrlar yayılmışdı.

Türkiyə qüvvələrinin Suriyanın şimalını tərk etməsini istəyən Rusiya da boş dayanmır və bu ölkəyə özünün ən yeni qırıcılarını göndərib. "Voennıy obozrevatel” Telegram-kanalı bildirir ki, Rusiya Hava Kosmik Qüvvələrinin Su-35S çoxməqsədli qırıcıları ilk dəfə Suriyada görünüb. Ölkənin şimalındakı Qamışlı şəhərindəki aerodromda azı 4 belə qırıcı qeydə alınıb. Bu qırıcıların Suriyaya göndərilməsi Türkiyənin mümkün hərbi əməliyyatları ilə bağlıdır.

Su-35S hava döyüşü üçün ən yaxşı təyyarələrdən hesab edilir və eyni vaxtda 30 hədəfi 400 kilometrə yaxın məsafədən izləyə bilir. Modernizə edilmiş və yüksək manevr qabiliyyətinə malik qırıcılar "hava-hava” və "hava-yer” raketləri ilə təchiz olunub.

virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...