Təhsil naziri Naxçıvana getdi - FOTOLAR

Təhsil naziri Naxçıvana getdi - FOTOLAR
Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu barədə Sfera.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, ulu öndərin əxatirəsi ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, muzeyin ekspozisiyasına baxış keçirilib.

Səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olan Emin Əmrullayev və nümayəndə heyəti sözügedən təhsil müəssisəsinin nəzdində yerləşən "STEAM Tədris Mərkəzi”ndə yaradılmış şəraitlə tanış olub, məktəbin laboratoriya kabinetlərinə baxış keçirib, eyni zamanda hərbi hazırlıq dərslərinin gedişatını izləyiblər.

Nümayəndə heyəti Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə də baş çəkib, müxtəlif yaradıcılıq dərnəklərində məşğul olan şagirdlərin əl işləri ilə tanış olub.

OXŞAR XƏBƏRLƏR

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...