Son 13 ildə selfi çəkdirərkən həyatını itirənlərin sayı açıqlanıb – Hindistan liderdir

Son 13 ildə selfi çəkdirərkən həyatını itirənlərin sayı açıqlanıb – Hindistan liderdir
İspaniyada aparılan epidemioloji araşdırma nəticəsində məlum olub ki, 2008-ci ildən etibarən dünyada 379 nəfər selfi çəkərkən həyatını itirib.

Sfera.az xəbər verir ki, araşdırmaya əsasən, son illərdə selfi çəkərkən ölənlərin sayı artıb. Bu ilin əvvəlindən bəri isə 31 nəfər selfi çəkərkən yaşanmış bədbəxt hadisə nəticəsində həyatını itirib.
 
Siyahıda 100-dən çox ölüm faktı ilə Hindistan ilk pillədə, 39 ölümlə ABŞ ikinci, 33 ölümlə isə Rusiya üçüncü yerdədir. Araşdırmada qeyd olunur ki, Hindistanda ölüm hallarının böyük qismi insanların bədənlərini qatarların pəncərələrindən və ya qapılarından çölə çıxararkən yaşanan qəzalardan sonra baş verib.
 
379 ölüm hadisəsindən 216-sı selfi çəkərkən yıxılma nəticəsində qeydə alınıb.

Bu növ ölümlərin səbəb olduğu ikinci növ hadisələr isə avtomobil və ya qatarda baş verən bədbəxt hadisələrdir.

Sonrakı yerdə odlu silah, elektrik cərəyanı vurması və vəhşi heyvanların hücumu nəticəsində qeydə alınan ölüm halları qərarlaşıb. Araşdırma nəticəsində məlum olub ki, selfi çəkdirərkən dünyasını dəyişənlərin üçdə biri turistdir.

Ümumilikdə dünyasını dəyişənlərin 41 faizinin yaşı 19-dan aşağı, ümumi olaraq orta yaş həddi isə 24,4 olub.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...