Mehriban Xanlarovanı intim fotolarıyla şantaj etdiyi deyilən müğənni danışdı – FOTO

Mehriban Xanlarovanı intim fotolarıyla şantaj etdiyi deyilən müğənni danışdı – FOTO

 

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artistMehriban Xanlarovanın ətrafında söz-söhbət səngimək bilmir.

Sfera.az xəbər verir ki, Dünya TV-də Xanlarova ilə birlikdə "Sirriniz qalmasın” verilişini aparan "Azər Meqastar” kimi tanınan Azər Xudiyevonu intim fotolarıyla şantaj edir.

Azər Xudiyev məsələylə bağlı Ölkə.Az-a açıqlama verib.

Yazılanların həqiqəti əks etdirmədiyini bildirən aparıcı, atasının vəfatı səbəbindən efirə çıxmadığını söyləyib:

"Yazılanların heç bir əsası yoxdur və bununla bağlı məhkəməyə müraciət ediləcək. Məgər mən o qədər qürursuz insanam ki, həmkarımı şantaj edim? Guya bizim aramızda intim fotolar varmış. Tamamilə yalandır və bu xəbəri yayan bütün saytları məhkəməyə verəcəyəm.

Atam bir neçə gündür ki, vəfat edib, ona görə də efirə çıxmıram. Mehriban xanım atamın yas mərasimində iştirak edib. Guya Dünya tv ilə əlaqə saxlayıblar və onlar da deyib ki, mən foto məsələsinə görə efirə çıxmıram. O veriliş mənimdir və Mehriban xanım qonağımdır, dəvətimlə gəlib. Heç kim məni öz verilişimdən uzaqlaşdıra bilməz.

Düşünürəm ki, bu tək saytın işi deyil. Güman edirəm ki, burada müğənni Kərimin də barmağı var. Çünki Mehriban xanım Binəqədi Məhkəməsində Kərimə qalib gəlib və min manat udub. Bəlkə onun da işi ola bilər. Əgər belədirsə, Allahı bilsin, özləri bilsin. Belə reklamı bəlkə o istəyir, amma mən istəmirəm”.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...