Zəfər günündə Bakıda hərbi parad keçiriləcək? - AÇIQLAMA

Zəfər günündə Bakıda hərbi parad keçiriləcək? - AÇIQLAMA
Azərbaycanın Zəfər gününə sayılı günlər qalıb. Bu baxımdan son günlər sosial şəbəkələrdə sözügedən tarixi hadisə ilə bağlı Bakıda hərbi paradan keçirilməsinə dair məlumatlar yayılıb. Lakin bununla bağlı rəsmi məlumat verilməyib.
 
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert  Şair Ramaldanov Sfera.az-a açıqlamasında deyib ki, hərbi paradlara əvvəlcədən hazırlıqlar olur:
"Hərbi parad elə-belə keçirilmir ki? Hələlik bununla bağlı nə göstəriş var, nə də hazırlıqlar. Zəfər günü tarixi də çatmaq üzrədir. O baxımdan düşünmürəm ki, həmin tarixdə Bakıda hərbi parad təşkil edilsin”.

Müsahibimiz Zəfər günündə başqa tədbirlərin görülməsini isə istisna etməyib:

"Hərbi parad olmasa da, şəhərdə hərbi hissələrin bölmələri yürüş keçirə bilər, yaxud bu formada digər tədbirlər təşkil edilə bilər. Paradla bağlı isə qeyd etdiyim kimi, heç bir göstəriş yoxdur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...