Azərbaycanda qadınlar niyə evdən qaçır?

Azərbaycanda qadınlar niyə evdən qaçır?

 

Maraqlıdır ki, qadınları evdən qaçmağa nə vadar edir?

Sfera.az xəbər verir ki, "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Qafqazinfo-ya açıqlamasında problemin müxtəlif səbəblərdən qaynaqlandığını bildirib.

"Bəzi qızlar müstəqil olmaq arzusundadır. Onlar hesab edir ki, özlərini müstəqil şəkildə idarə edə bilər. İkinci səbəb, ailədə uşaqla valideyn arasında münasibətlərin tənzimlənə bilməməsindədir. Son bir ayda bu hallarla bağlı iki nəfər bizim təşkilata müraciət edib.

Onlardan biri dəfələrlə evdən qaçıb. Bir dəfə biz onu valideyninə qaytarmışıq. Qohumları qızı himayə edəcəklərini dedilər. Buna baxmayaraq ata yenə də qızıyla münasibətləri tənzimləyə bilməyib. Qızına kifayət qədər qeyri-etik sözlər işlədib. Buna görə də münasibətləri heç cür alınmır.

Axırıncı dəfə Rayon Polis İdarəsi bizə qızı təhvil verdi. Artıq 18 yaşına keçib. İndi də valideynləri sənədlərini əlindən alıb. Onun təhsil almasına, həyatını inkişaf etdirməsinə imkan vermirlər.

İkinci müraciət edən qızın isə, valideyni yox idi. Qızın özünün davranışı kifayət qədər problemli idi. Onun da kökündə uşaqlıqdan qohumlarının ona mənfi münasibət göstərməsi dayanır. Buna görə də davranışları çox problemli idi”.

Onun sözlərinə görə, valideynlər əksər vaxt qız uşaqlarını təhsildən yayındırırlar:

"Məcburi ərə vermək halları baş verə bilir. Burada əsas sosial psixoloji amildir ki, valideyn övlad ilə münasibətləri tənzimləyə bilmir, psixoloqa müraciət etmir, özündə günah görmür. Bir qisim isə, sosial şəbəkələrdə yazışır, qarşı tərəfin inandırıcı təklifləri qızların evdən çıxmasına səbəb ola bilir”.

Psixoloq Elnur Rüstəmov isə heç kimin keyfindən evdən qaçmadığını vurğulayıb:

"Əgər ailədə ərlə arvad, valideynlə uşaq arasında münasibət normal olarsa, kimsə evdən uzaqlaşmaq fikrinə düşməyəcək. Son zamanlar biz övladı olan anaların, yaxud həddi büluğa çatmamış qız uşaqlarının evdən qaçmasına şahid oluruq. Bu yeni dövrə uyğunlaşa bilməyən insanların problemidir. Digər tərəfdən isə internet resursları, mobil telefonlar ailədaxili münasibətlərə təsir edir.

Bu gün əksəriyyət komfort həyat yaşamaq istəyir. Bu hər kəsin haqqı ola bilər, amma bunun üçün zaman lazımdır. Hər şey seriallarda olduğu kimi gözəl deyil. Seriallara baxanda görürük ki, səhərdən axşama kimi qeybət edirlər, öz gözəl həyatlarını göstərirlər. Orada iş görmək söhbəti yoxdur. Azərbaycanın insanın bir qismi məsələni tam şəkildə həzm edə bilmir. Komforta can atmaq sonunda ailədaxili münasibətlərə mənfi təsir göstərir”.

Son zamanlar boşanma proseslərinin də artdığına diqqət çəkən E. Rüstəmov bunun bir səbəbini də psevdo psixoloqların çoxalmasında görür:

"Ərlə arvad arasında yaranan problemə başqa biri müdaxilə edir. Buna ruh qardaşım, dərdimi, problemimi bölüşdüyüm adam deyirlər. Sonda yanlış yönləndirmə böyük problemlərə gətirib çıxarır. Ona görə də bu prosesdə diqqətli olmaq lazımdır. Bu zaman peşəkarlara müraciət edilməlidir. Belə olan halda ailədaxili zorakılıq, evdən qaçma kimi hallar baş verməyəcək. Zamanında müdaxilə edilməzsə, illərcə bu prosesin ağırlığının şahidi ola bilərik”.

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...