Alek Baldvin ölümünə səbəb olduğu rejissorun ailəsi ilə görüşdü - FOTO

17:17 / 25.10.2021
952
Amerikalı aktyor Alek Baldvin ölümünə səbəb olduğu quruluşçu rejissorun ailəsi ilə görüşüb.
Sfera.az bildirir ki, aktyor ilk dəfə Halina Hatçinin həyat yoldaşı Matt Hatçin və oğlu ilə bir araya gəlib. Alek ani ölümlə yıxılan ailəni təsəlli etməyə çalışıb.
Mərhum rejissorun pandemiya səbəbilə ABŞ-a gedə bilməyən Ukraynadakı yaxınları isə Baldvini günahlandırmadıqlarını açıqlayıb. Digər tərəfdən, sərbəst buraxılmasına rəğmən, aktyor haqqında cəza tədbirlərinin görülməsi də istisna edilmir. Qeyd edilib ki, Alek çəkiliş zamanı ehtiyatsızlığa yol verdiyinə görə, cəza ala bilər.
Xatırladaq ki, məşhur amerikalı aktyor Alek Baldvin "Rust” filminin çəkilişləri zamanı əlindəki boş silahdan çıxan mərmilərlə 42 yaşlı quruluşçu rejissor Halina Hatçinin ölümünə səbəb olub.
Türkan
Sfera.az