Bir cümlədə 6 səhv buraxan deputat günahı sürücünün üstünə atdı - İşdən çıxardı
17:15 / 25.10.2021
1529
Milli Məclisin üzvü, millət vəkili Cavanşir Paşazadənin şəxsi "Facebook" hesabında yazdığı statusdakı qrammatik səhvlər sosial şəbəkə istifadəçilərinin məzəmmətinə səbəbəb olub.
Deputat Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qismində iştirak edib və paylaşımı da bu mövzuda olub.
Sfera.az xəbər verir ki, "Rupor"un əməkdaşı Cavanşir Paşazadənin köməkçisi Sulduz Ağayevlə əlaqə saxlayaraq, məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışıb.Sulduz Ağayev belə deyib:
"O statusu Cavanşir müəllimin sürücüsü Camal yazıb. Hörmətli deputatımız fikrini dedi, o da telefonda müəllimin səhifəsinə yazdı. Burada nə deputatın, nə də köməkçinin rolu var. Sürücü də tələskənliyindən belə texniki xətalara yol verib. Bu yanlışlığına görə sürücü işdən çıxarılıb. Belə səhvlər hamıda ola bilər, şişirtməyə ehtiyac yoxdur. Şəxsiyyət bir vergüllə ölçülmür".