Murad Dadaşovdan aktrisaya jest - FOTO

Maqazin
16:11 / 25.10.2021
813
Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov aktrisa Sənubər İsgəndərliyə jest edib.
Sfera.az bildirir ki, bu barədə aktrisa özü məlumat verib. İsgəndərli doğum günü münasibətilə Dadaşovun ona tort və gül göndərdiyini deyib.
"Xəzər TV və şəxsən Murad Dadaşova göstərdikləri diqqətə görə dərin minnətdarlığımı bildirirəm”, - deyə aktrisa əlavə edib.
Qeyd edək ki, Əməkdar artist Sənubər İsgəndərli bir müddətdir, "Xəzər TV" ilə əməkdaşlığa başlayıb. O, "Sənətdən kənar" verilişinə aparıcılıq edir.
Xatırladaq ki, bu gün əməkdar artistin doğum günüdür.
Türkan
Sfera.az