"Puluna görə evlənmişəm" - Özündən 35 yaş böyük kişi ilə ailə quran Diana Əhədpur

Maqazin
14:17 / 25.10.2021
3048
Keçmiş model Diana Əhədpur rejissor Nail Naiboğlunun verilişinin qonağı olub.
Sfera.az xəbər verir ki, suallara səmimi cavabları ilə diqqət çəkən Diana varlı iş adamına ərə getməsindən danışıb.
Model İran azərbaycanlısı olan əri ilə liftdə tanış olduğunu bildirib:
"Liftdə tanış olmuşuq. Həmin an həyatımı 180 dərəcə dəyişdi. Həyat yoldaşım mənim xilaskarımdır. Bugünki həyatımı özüm seçmişəm. Özümdən 35 yaş böyük birinə ərə getməyi də özüm planlamışam. Hər zaman deyirdim, mənim üçün fərqi yoxdur, yaşlı olsun, cavan olmasın, amma pulu çox olsun. Uşaqlıqdan yaxşı yaşamağı arzulamışam. Nəyisə deyib və inanırıqsa, başımıza gəlir. Desəm ki, puluna görə evlənməmişəm yalançı olaram. Pulu olan kişi çoxdur. Yoldaşımın böyük ürəyi olmasaydı, özümü pula görə məhv etməzdim. Ərə gedəndə bilirdim ki, yoldaşım məndən böyükdür”.
Pula, lüks həyata önəm verdiyini gizlətməyən Diana "Pul mənim üçün sağlamlıqdan sonra hər şeydir" deyib.