Azərbaycanda ana ölümlərinin sayı açıqlandı

Azərbaycanda ana ölümlərinin sayı açıqlandı

 

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il Azərbaycanda 24 ana ölümü baş verib. 2010-cu ildə bu rəqəm 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013 və 2014-cü ildə 25 olub.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, ana ölümlərinin əsas səbəbi ağır preeklampsiya olub. 

Geriyədönməz proses olan preeklampsiya olduqda bütün orqanlarda qansızmalar olur, həyati vacib orqanlarda dəyişiklik gedir.

Ağır preeklampsiyanın müalicəsi olmadığından onun qarşısını almaq üçün mütəmadi olaraq həkim nəzarətində olmaq lazımdır. Əgər qadının hamiləliyi nəzarətdə saxlanılarsa, xəstəliyin diaqnozu erkən mərhələdə qoyularsa və müalicə vaxtında aparılarsa, hamiləlik pozulmur və ölüm baş vermir.

Nazirlikdən bildirilib ki, hamilə qadınlarda bır sıra patalogiyalar ana ölümü riskini artırır. Bunun qarşısını almaq üçün hamilə qadınlar vaxtında qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər. Həmçinin belə halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...