Leyla Əliyeva əkizləri və Emin Ağalarovla konsertdə - fotolar

Leyla Əliyeva əkizləri və Emin Ağalarovla konsertdə - fotolar
 

Xəbər verdiyimiz kimi ,İyulun 9-da Xəzər dənizinin sahilindəki "Sea Breeze” istirahət mərkəzində "İsti günlər” Beynəlxalq Musiqi Festivalı başlayıb.

Azadqadin.az Azərtac-a istinadən xəbər verir ki, festival məşhur artistlərin qırmızı xalı üzərindən keçidi ilə başlayıb. Aparıcılar Slava Nikitin və Yuliya Lısenkonun suallarını cavablandıran festival iştirakçıları Bakıya səfərlərinin təəssüratlarını bölüşüblər, şəhər sakinlərinin qonaqpərvərliyindən, Xəzər sahilində istirahətlərindən, təqdim edəcəkləri proqramdan danışıblar, Azərbaycana gəlmələrindən çox şad olduqlarını söyləyiblər. Əsl ulduz paradını xatırladan qırmızı xalıda çoxsaylı fotoşəkillər çəkilib, tamaşaçılar Bakıda çoxdan gözlədikləri artistlərlə ünsiyyət qurublar, onların libaslarının özəlliyindən söhbət açıblar. Bakıda keçirilən "Jara” Beynəlxalq Musiqi Festivalının dünyanın ən hərarətli yay festivalı olduğu bildirilib.

Festivalın fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva"Bakıda ilk növbədə hansı yerləri ziyarət etməyə dəyər” sualını cavablandıraraq deyib: "Bütün yerləri ziyarət etməyi və qonaqpərvər, səmimi insanlarla tanış olmağı məsləhət görürəm”.

Qırmızı xalı üzərindən keçid başa çatdıqdan sonra "Jara” Beynəlxalq Musiqi Festivalına start verilib. Murad Dadaşov səhnəyə Yana Çurikova və Andrey Malaxovu dəvət edib, Festival "Rast” qrupunun çıxışı ilə başlanıb.
İki gün davam edəcək festival tamaşaçıları məşhur artistlərin sayı ilə heyrətləndirir. Səhnəyə Filip Kirkorov, Polina Qaqarina, Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, EMİN, LOBODA, Qriqori Leps, Aleksandr Revva, Leonid Aqutin, Vlad Sokolovski, Anna Sedokova, Denis Klyaver, Artik və Asti, Anita Tsoy, Tomas Nevergreen, "Suxiye” qrupu, Slava, Sati Kazanova, "Arsenium”, Mitya Fomin, Katya Lel, Diana D., A-DESSA, Bahhtee, The Jiggits, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu çıxıb.

Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. "İsti günlər” Festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

"İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...