19 yaşlı məşhur repçi öldürüldü: Evinin qarşısında güllələnib - FOTOLAR

19 yaşlı məşhur repçi öldürüldü: Evinin qarşısında güllələnib - FOTOLAR
Məşhur repçi Elinar dünyasını dəyişib.
 
Sfera.az bildirir ki, İsveçdən olan 19 yaşlı gəncin ölümünə səbəb evinin qarşısında silahlı hücuma məruz qalması olub.  Stokholmda baş verən hadisə ilə bağlı cinayət işi açılıb.

Ən az iki şübhəlinin olduğunu açıqlayan Stokholm polis idarəsinin mətbuat katibi Ola Osterlinq qeyd edib ki, hazırda hücumun səbəbi və kimlərin etdiyi müəyyən edilir.

Qeyd edək ki, repçi ötən il "Varbi” adlı dəstə tərəfindən qaçırılmış və onun sərbəst byraxılması qarşılığında müəyyən miqdarda pul tələb edilmişdi. Elinar yaxın günlərdə bununla bağlı bir davada şahid qismində iştirak edəcəkdi. 

Elinar 2019-cu ildə Spotify-da İsveçin ən çox dinlənilən sənət adamı olub, Qrammis və digər müxtəlif mükafatlara layiq görülüb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Çinə səfər ediblər. Ötən gün Prezidentin Pekində rəsmi...

“WhatsApp”dan yenilik - Silinmiş mesajlar...

“WhatsApp” istifadəçi təcrübəsini və məxfiliyi daha da təkmilləşdirmək üçün yeni funksiyalar üzərində çalışır.  Sfera.az “NTV”...

Bakıda obyekt yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barə...

Dünya bazarında qızıl 40 dollar bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 40 dollar artaraq 3 334,1 dollar təşkil edib.   Sfera.az xəbər verir ki,...

DİN-dən XƏBƏRDARLIQ: Bu halda kiberdələduzlar adınıza kredit götürəcək

Aprelin 23-də vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) vətənd...

Ulu Öndər həmişə Azərbaycan dilinə böyük hörmət və qayğı ilə yanaşıb

Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan dilinə böyük hörmət və qayğı ilə yanaşmışdır.   Dil insanlar arasında təkcə ünsiyyət faktoru deyil, o, xalq...