Prezident və xanımı Canəli Əkbərovun dəfninə əklil göndərdi
Cəmiyyət
14:34 / 23.10.2021
735
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib.
Sfera.az xəbər verir ki, əklil sənətçinin məzarı önünə qoyulub.
Qeyd edək ki, Xalq artisti dünən 81 yaşında dünyasını dəyişib. O, bu gün II Fəxri xiyabanda dəfn olunub.