Həyat yoldaşı Özcan Dənizi belə döyüb: Baş verənlər anbaan kamerada - VİDEO

Maqazin
10:39 / 23.10.2021
771
Türkiyəli müğənni Özcan Denizlə keçmiş həyat yoldaşı Feyza Aktanın qalmaqallı davasının görüntüləri ortaya çıxıb.
Sfera.az bildirir ki, videoda Aktan Özcana dalbadal şillə atıb, daha sonra onun üst geyimini parçalayıb. İfaçının isə, hər hansı reaksiya vermədiyi görülüb.
Sosial mediada sürətlə yayılan görüntülərlə bağlı Feyza açıqlama verib. "Uzun müddətdir çətin dövrdən keçirəm. Mətbuatda yayılan görüntülərdə yaşanan hadisədən heç peşman deyiləm”, - deyə Aktan qeyd edib.
Xatırladaq ki, ötən gün Özcanın oğlu Kuzeyin məktəbindən müğənniyə zəng gəlib və övladının dərsdə iştirak etmədiyi söylənilib. Ardınca Özcan keçmiş həyat yoldaşının evinə gedərək oğlunun ev geyimində olduğunu görüb. Cütlük arasında mübahisə yaranıb. Oğlu atasının yanına getmək istəyəndə isə Feyza əsəb keçirib.
Türkan
Sfera.az