Əməkdar artistdən Firuzə İbadovaya DƏSTƏK: "Gec olmadan layiq olduğu dəyəri görməlidir”

Maqazin
12:22 / 22.10.2021
522
"Sənətkarlara sağ ikən layiq olduqları dəyər, ədalətli şəkildə verilməlidir”.
Sfera.az bildirir ki, bunu Əməkdar artist Mehriban Xanlarova müğənni Firuzə İbadova ilə bağlı danışarkən deyib. O, sonradan verilən dəyərin gec olacağını vurğulayıb:
"Ömrünün yarısını Azərbaycan mədəniyyətinə həsr etmiş Məhəbbət Kazımov, Baloğlan Əşrəfov və Zöhrə Abullayeva kimi sənətkarların "Əməkdar artist" fəxri adı ilə dünyalarını dəyişməsi, bir çox insanları məyus etmişdi. Firuzə İbadova da ömrünün yarısını Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Gec olmadan layiq olduğu dəyəri görməlidir”.
Xanlarova, həmçinin tez bir zamanda Firuzə İbadovanın sosial durumunun yaxşılaşdırılması üçün addımların atılacağına və sənət fəaliyyətinə diqqət göstəriləcəyinə inandığını deyib.
Qeyd edək ki, F.İbadova 32 kvadratmetrlik şəraitsiz evdə yaşadığını bildirib. O, yaşayışının yaxşılaşdırılması üçün müraciət edib.
Türkan
Sfera.az