Aprel döyüşlərində yaralanan tankçımız dünyasını dəyişdi - FOTO

Aprel döyüşlərində yaralanan tankçımız dünyasını dəyişdi - FOTO

Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq həmin vaxtdan koma vəziyyətində olan tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.

Bu barədə anspress-ə Milli Məclisin 47 saylı Mingəçevir seçki dairəsindən seçilmiş deputatıAydın Mirzəzadə məlumat verib.

Millət vəkilinin sözlərinə görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Rahim Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib.

Aprel döyüşləri zamanı ağır yaralandığı üçün Bakıdakı Hərbi Hospitalda müalicə edilirdi. Həkimlər onun sağ qalsa belə, komadan ayılmayacağını bildirmişdilər. Çünki qəlpə onun baş nahiyəsinin əksər hissəsini qoparmışdı.

Tankçı aprel döyüşlərindən bu tərəfə müxtəlif vaxtlarda 3 dəfə əməliyyat edilib.

Onun 3 övladı var.

Bir müddət əvvəl onun banklardan birinə olan 6 min manat borcu dövlət rəsmilərinin işə qarışmasından sonra bağışlanmışdı.

Allah rəhmət eləsin.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...