"Rəsmi ad-san tələbi natamamlıq kompleksidir” - Ülvira Qarayeva

Maqazin
16:57 / 21.10.2021
892
"Ad-sana o qədər düşgün olanlar var ki”.
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Ülvira Qarayeva son günlər müzakirə obyektinə çevrilən "titul” məsələsinə münasibət bildirirkən deyib.
O qeyd edib ki, jurnalist "əməkdar” adı almaq üçün özünü öldürür, müğənni "Əməkdar artist”, "Xalq artisti” titulları üçün əldən-ayaqdan gedir:
"Digər incəsənət nümayəndələri "Əməkdar İncəsənət Xadimi” adını istəyirlər. Tanınmış jurnalistin adının qabağında "əməkdar” sözü oldu-olmadı, fərqi nədi? Bu sahədə ya tanınırsan, ya yox. Yaxud müğənni, artist - tanınmırsansa, ad sənə nə verəcək? Həyatında nə dəyişəcək?”.
Qarayeva deyib ki, insanın yaxşı, keyfiyyətli yaşamaq üçün daha artıq pul qazanmaq arzusu, tanınmaq istəyi anlaşılandır:
"Amma rəsmi ad-san tələbi natamamlıq kompleksidir”.
Xatırladaq ki, son günlər müğənni Nadir Qafarzadə, Firuzə İbadova, Əli Mirəliyev, Cavanşir Məmmədov və s. kimi sənətçilər titullarla bağlı narazılıqlarını ifadə ediblər.
Türkan
Sfera.az