Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi - FOTOLAR

Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi - FOTOLAR

Oktyabrın 20-də Yelo Bank ASC-nin yeni baş ofisinin rəsmi açılış mərasimi baş tutdu. Tədbirdə Bankın bütün səhmdarları, Azərbaycan Respublikası Mərkəzi Bank rəhbərliyi, eləcə də digər rəsmi şəxslər iştirak etdi.


H.Zərdabi prospekti 81K ünvanında yerləşən müasir ofis binası bankın yeni "Parlaq Bankçılıq" konsepsiyasına uyğun olaraq təmir edilib.

Bina geniş ofis sahəsi, rahat iş yerləri, böyük akt zalı, kitabxana, idman zalı və yeməkxana da daxil olmaqla öz funksionallığı ilə seçilir. Qeyd olunanların hamısı əməkdaşlara iş məsələlərini həll etməklə bərabər, ünsiyyət, sosiallaşma , qarşılıqlı əlaqə və görüşlər üçün də imkan yaradır.


Açılışda çıxış edən Vahid Ələkbərov bu ilin əvvəlindən həyata keçirilən yeni strategiyanın düzgünlüyünə əminliyini bildirib və Bankın yüksək maliyyə göstəricilərinin də bunun sübutu olduğunu ifadə edib:


"Yelo Bank, missiyası həm kiçik və orta sahibkarlığa dəstək göstərməkdən, həm də Azərbaycan əhalisinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etməkdən ibarət olan müasir bir brenddir.


Bu gün gördüyümüz hər bir şey komandanın peşəkarlığını sübut edir. Yelo Bank rəhbərliyi və kollektivini bu əlamətdar hadisə münasibəti ilə bir daha təbrik edirəm, hər kəsə uğurlar və qoyulmuş hədəflərə çatmağı arzulayıram".


Mərkəzi Bankın sədri cənab Elman Rüstəmov yeni baş ofisin açılışı münasibətilə bank kollektivini təbrik edib və rebrendinq prosesindən sonra Yelo Bankın əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini bildirib.


Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova uzun müddətdir gözlənilən yeni baş ofis açılışının Bankın rebrendinq prosesinin məntiqi nəticəsi olduğunu qeyd edib:


"Baş ofis istənilən təşkilatın ürəyi və beyin mərkəzidir. Əsas sərvətimiz burada çalışan əməkdaşlar olduğundan, komandamız üçün ən rahat şəraitin yaradılmasına xüsusi diqqət yetirdik".


OXŞAR XƏBƏRLƏR

Səadət İsmayılovaya vəzifə verildi

Səadət İsmayılova 7 iyul 2025-ci il tarixində "Bakı Metropoliteni" QSC-də İcraya nazarət va sənədlərlə iş departamentinin rəisi vəzifəsinə təyin edili...

Temperatur 36 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Bu barədə ...

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az Dövlə...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...