Azərbaycan lideri: \"Zəngilandan Naxçıvana, oradan da Türkiyəyə və Avropaya yol açılacaq\"

Azərbaycan lideri: \
"Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub".

Sfera.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev okryabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı ilə sakinlər arasında söhbət belə davam edib:

Sakin: Cənab Prezident, xatırlamasam, günah olar, bizim Zəngilan rayonunun ərazisində böyük Mincivan stansiyası yerləşirdi. Sovetlər dönəmində oraya hansı qatarlar gəlmirdi - Bakı-Qafan, Bakı-Noraşen, Bakı-Mincivan. O qatarlar bizim arzularımız idi. Bu yerlərin, yurdların insanları öz vaxtını, zamanının ölçüsünü o qatarların hərəkət qrafiki ilə qururdular. İndi Siz Azərbaycanın dəmir yollarını Zəngəzura və dünyaya açırsınız. Tezliklə o yollarla böyük qatarlar gələcək. Bu qatarlar Azərbaycanı dünya ilə qovuşduracaq. Bu da Sizin böyük quruculuq əzminizdən xəbər verir.

Prezident İlham Əliyev: Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey yoxdur, dəmir yollarını onlar çoxdan daşıyıb aparmışdılar. O relslərdən tank əleyhinə istehkamlar qurmuşdular. Stansiyanın binası da tamamilə dağılmış vəziyyətdə idi.

Sakin: Cənab Prezident, Siz Mehriban xanımla qoşa qanad kimi Azərbaycanın bütün kəndlərini, Zəngəzuru, Qarabağı diyar-diyar gəzmisiniz, qarış-qarış gəzib ziyarət etmisiniz. Ən vacibi nədir? Siz o kəndləri, toponimlərin qədim adlarını bilirsiniz, bərpa edirsiniz, onları bizə öyrədirsiniz, həm də tarixi ədaləti bərpa edirsiniz. Bu, çox vacib amildir. Çünki bizim tariximizdə bunlar unudulmuş məqamlardır. Biz bunları bərpa etməliyik. Ona görə də biz Sizə böyük minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Çox sağ olun, buradan Naxçıvana yol açılacaq. Oradan da Türkiyəyə, oradan da Avropaya.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...