Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim etdi

Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim etdi

Kapital Bank həm fiziki şəxslər, həm də sahibkarlar üçün mütəmadi olaraq müxtəlif xidmətlər, funksiyalar və kampaniyalar təqdim edir. Bu dəfə təqdim edilən "Kliklə ödə” xidməti vasitəsilə, cəmi bir kliklə ödəniş qəbul etmək mümkün olacaq. Xidmətdən yararlanmaq üçün Müştəri Bank-da funksiyaya qoşulub, onu aktiv etmək lazımdır.


 

Bu funksiya vasitəsilə Müştəri Bank istifadəçiləri öz veb və ya tətbiqlərinin kanalları vasitəsilə ödəniş qəbul edə bilərlər. Misal üçün, hər hansı bir Müştəri Bank istifadəçisi digər bir şəxsdən ödəniş qəbul etmək istəyirsə, bu zaman satdığı məhsulun kateqoriyasını seçir, məhsulun adını, məbləği, alıcının adını və alıcıya hər hansı bir qeydi varsa, onu yazır.

 

 

Bununla da onlayn formada ödəniş üçün yaradılan linki və ya QR kodu alıcıya göndərir. Alıcı bu vasitələrdən biri ilə ödənişi ani olaraq həyata keçirə bilir. Link 72 saat ərzində aktiv olur, müddət bitdikdə avtomatik ləğv olunur. Bu xidmətdə qəbul olunan məbləğ üçün limit mövcud deyil, komissiya isə istənilən kart üçün 1,5% təşkil edir.

 

 

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

 

 

Müştəri Bank sisteminə qoşulmaq üçün //cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...