Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailə üzvlərilə görüşdü - FOTOLAR

Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailə üzvlərilə görüşdü - FOTOLAR
Millət vəkili Könül Nurullayeva Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı şəhadət zirvəsinə yüksələn Nizami rayon sakinlərinin evlərini ziyarət edərək, onların ailə üzvləri və əzizləri ilə söhbətləşib. Ziyarət zamanı Milli Məclisin deputatı şəhidimizin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onların dərdlərinə ortaq olmağa çalışıb. Könül Nurullayeva həmçinin bildirib ki, vətən uğrunda canından, qanından keçərək şəhid olan bütün övladlarımızın xatirəsi daima xalqımızın yaddaşında yaşayacaq, onların göstərdiyi şücaət isə tarixdə əbədi qalacaq.

Nəzərinizə çatdıraq ki, ölkəmizin ərazi bütövlüyü uğrunda oddan, alovdan keçərək, igidliyi ilə adını tariximizə qızıl hərflərlə yazdıran Ülvi Pənahov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Suqovuşan döyüşləri zamanı şəhadətə ucalan şəhidimiz ölümündən sonra "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülmüşdür.

Digər bir şəhidimiz isə Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi mərdlik və cəsarət göstərən Cavid Həsənovdur. O, oktyabr ayının 20-si qəhrəmancasına şəhadətə yüksəlmişdir. II Fəxri Xiyabanda dəfn olunan şəhidimiz düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyev tərəfindən "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

Alı Həsənli isə keçən ilin sentyabrında başlanan Vətən müharibəsində xüsusi şücaət göstərmiş, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülmüşdür.

Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə isə keçən il sentyabr ayının 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan əks-hücum əməliyyatında qəhrəmancasına iştirak etmişdir. Nizami rayonu şəhidi döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir. Polkovnik-leytenant Orxan Əkbərov isə İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirmiş, vətən uğrunda canından, qanından keçərək şəhadətə yüksəlmişdir. O, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına, o cümlədən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür. Digər bir şəhidimiz, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Eltun Qasımov Füzuli rayonunun və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə mərdlik və cəsarətlə iştirak edib. O da şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

OXŞAR XƏBƏRLƏR

DTX və DSX birgə əməliyyat keçirdi: Narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

İmişli rayonunun Hacıalmuradlı kəndində güclü yanğın hadisəsi baş verib.    Sfera.az xəbər verir ki, axşam saatlarında kənd sakini R. Əbişovaya ...