Polis generalı təqaüdə göndərildi - 21 il sonra
Cəmiyyət
21:33 / 09.07.2016
1237
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov yaş həddinə görə təqaüdə göndərilib.
Sfera.az-ın məlumatına görə, C. Məmmədov bu vəzifəyə 1995-ci ilin iyun ayından təyin olunub.
C. Məmmədov
1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı
şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri
Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis
İdarəsinin rəisi vəzifələrində işləyib.
O, ictimai
təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunmasında, habelə
respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə uğurlu nəticələrə
və müsbət göstəricilərə, həmçinin uzun illər səmərəli və qüsursuz xidmətlərinə
görə ölkə və DİN rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülüb.
Məlumatı
DİN-dən təsdiqləyiblər.