Meyxanaçılar niyə narkotik təbliğatçılarına çevrilir? – “Ağ ölüm”ün pulsuz reklamına “dur” deməyin zamanıdır

Meyxanaçılar niyə narkotik təbliğatçılarına çevrilir? – “Ağ ölüm”ün pulsuz reklamına “dur” deməyin zamanıdır
Son həftə ərzində ard-arda iki meyxanaçının narkotik satışı ittihamı ilə həbs olunması bu sənət haqda mənfi rəyin formalaşmasına, müxtəlif söhbətlərin yaranmasına səbəb olur.

Məlumat üçün bildirək ki, bu, meyxanaçıların zərərli vərdişləri ilə bağlı ilk belə fakt deyil. Bundan öncə də bənzər şəkildə meyxanaçılar bu və başqa səbəblərdən istintaqa cəlb edilib, hətta həbsə belə düşüb. Məsələn, tanınmış söz ustadları olan Mahir Cürət, mərhum Bayram Kürdəxanlı həbs həyatı yaşamış meyxanalçılardandır.
 
Ölkəmizdə kifayət qədər pərəstişkarı olan meyxana sənətini yaşadanların bu yaşam tərzi isə şübhəsiz ki, gənc nəslin dünyagörüşünə mənfi təsir edir. Bir çox tanınmış meyxanaçıların öz şeirlərində narkotik vasitələri açıq-aşkar təbliğ etməsi isə "ağ ölüm”ün reklamından başqa heç nə deyil. Həmin meyxanaçıları dinləyən gənclərin müəyyən qismi onların təsiri altına düşərək həyatlarını məhv edirlər.
 
Mövzuyla bağlı Sfera.az-a danışan tanınmış söz ustadı Namiq Məna da (Əliyev) meyxanaçıların el məclislərində, toylarda narkotiklə bağlı mövzulara müraciət etməsinə təəssüfləndiyini bildirib:

"Təəssüf ki, bu gün belə bir yanlış fikir var ki, meyxanaçı spirtli içki qəbul etməli, ya da siz deyən kimi narkotikdən istifadə etməlidir. Məsələnin kökü əslində SSRİ dönəminə qədər gedib çıxır. Hətta bizim dahi qəzəlxanımız Əliağa Vahid belə bu gün spirtli içki aludəçisi kimi göstərilir. Bu və bu kimi hallar sovet təbliğatından qaynaqlanan yanlış məlumatlardır. Bu gün də yeni nəsil yetişir və onlar da bu yanlış təbliğata uyaraq düşünür ki, meyxanaçı spirtli içki içməli, narkotik vasitələr istifadə etməlidir. 

Düşünürəm ki, ümumiyyətlə şeir, sənət adamı, söz xridarları narkotikin təbliğatçısı yox, əksinə onun əleyhdarı olmalıdır. Bu gün elə adamların narkotikə qurşandığını görəndə adam təəccüblənir. Düşünürsən ki, belə istedadlı gənc niyə narkotikaya qurşanıb? Məncə, bu sənətin bütün nümayəndələri muğam janrının ustadlarından nümunə götürməlidir. Bizim janr da muğam kimi ölkəmizi beynəlxalq arenalarda təmsil edə, mədəniyyətimizə töhfə verə bilər. Bu gün bu janrda da muğamda olduğu kimi ustadlar yetişə bilər. Mənsum İbrahimov, Alim Qasımov, Əlibaba Məmmədov kimi muğam ustadlarımız var. Niyə bu janrda da olmasın?”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bu hallarda dişləri fırçalamaq olmaz - Həkimdən XƏBƏRDARLIQ

Məşhur stomatoloq və cərrah Şaadi Manuçehri üç halda dişləri fırçalamamağı məsləhət görüb. Sfera.az xəbər verir ki, Mənuçehri deyib ki, yeməkdən dərhal son...

Dünyanın ən tənha adası: Burada cinayət yoxdur

Cənubi Atlantik Okeanında utopik məkan kimi görünən bir yer var. Sfera.az bildirir ki, Tristan da Cunha dünyanın ən ucqar adalarından biridir. Buraya yalnı...

100 gün “McDonald's” yeməyi yeyib arıqlamağı planlaşdırır

ABŞ-da Tennessi ştatının 57 yaşlı sakini Kevin Maginnis 100 gün ərzində eksklüziv olaraq “McDonald's” yeməklərini yeməyə qərar verib. O, nəticəl...

Xalq artisti vəfat etdi - FOTO

Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Asla...

50 yaşlı Viktoriya Bekhem 25 ildir ki, belə qidalanırmış - "Dərimə görə yalnız..."

Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem ciddi pəhrizə riayət etməyin vacibliyini açıqlayıb. Sfera.az xəbər verir ki, onunla müsahibəni "The...

Rihannanın bu görünüşü müzakirələrə səbəb oldu - FOTO

Müğənni Rihanna kosmetika brendi "Fenty Beauty"nin tədbirində üçüncü dəfə hamilə qalmaqda şübhəli bilinib. Sfera.az xəbər verir ki, sözügedən şəkil...