Özcan Dəniz keçmiş həyat yoldaşı tərəfindən şiddətə məruz qalıb - İDDİA

Maqazin
16:16 / 20.10.2021
737
Türkiyəli müğənni Özcan Denizlə keçmiş həyat yoldaşı Feyza Aktan yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, cütlük haqqında inanılmaz iddia irəli sürülüb. Bu dəfə ifaçının övladı ilə bağlı problem yaşadığı bildirilib. Belə ki, iddiaya görə, Özcanın oğlu Kuzeyin məktəbindən müğənniyə zəng gəlib və övladının dərsdə iştirak etmədiyini söyləyiblər. Ardınca Özcan keçmiş həyat yoldaşının evinə gedərək oğlunun ev geyimində olduğunu görüb. Cütlük arasında mübahisə yaranıb. Oğlu atasının yanına getmək istəyəndə isə Feyza əsəb keçirib. Özcana şillə atan gənc qadın, həm də müğənninin paltarını parçalayıb. Evdən çıxmaq istəyən oğlunun isə qolundan tutaraq çəkib və uşaq yerə yıxılaraq başını daşa vurub.
Davaya görə, polis mərkəzinə gedərək baş verənlərdən şikayətçi olan Özcan Deniz, həmçinin keçmiş baldızı Eda Aktanın da onu təhqir etdiyini bildirib. İddialar bu istiqamətdə olsa da, hər iki tərəfdən açıqlama gəlməyib.
Türkan
Sfera.az