Qadınları Türkiyəyə satan Bərdə sakininə hökm oxundu

Qadınları Türkiyəyə satan Bərdə sakininə hökm oxundu
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Bərdə rayon sakinini həbs edib.

Sfera.az  APA-ya istinadla xəbər verir ki, Bərdə rayonu sakini Quliyeva Aytəkin Vaqif qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Samsun şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən, Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4.1-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

OXŞAR XƏBƏRLƏR

Yevlaxda ağır qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1951-ci il təvəllüd...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...