Tanınmış polis generalı təqaüdə göndərildi

Tanınmış polis generalı təqaüdə göndərildi

 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov yaş həddinə görə təqaüdə göndərilib.

Sfera.az APA-ya istinadən bildirir ki, C.Məmmədov bu vəzifəyə 2001-ci ilin iyun ayından təyin olunub.

C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı Şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə isə Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunmasında, habelə respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə uğurlu nəticələrə və müsbət göstəricilərə, həmçinin uzun illər səmərəli və qüsursuz xidmətlərinə görə ölkə və DİN rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülüb.

Məlumatı DİN-dən APA-ya təsdiqləyiblər.


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...