Daha iki universitetdə tələbələr koronavirusa yoluxdu, 14 qrup bağlandı

Daha iki universitetdə tələbələr koronavirusa yoluxdu, 14 qrup bağlandı
Sentyabrın 29-dan indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda təhsil alan tələbələr arasında koronavirusa yoluxma faktı qeydə alınıb.

Sfera.az xəbər verir ki, həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov faktı "Report”a təsdiqləyib.

Onun sözlərinə görə, universitetin poliklinikası və şəhər epidemoloji mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib: "14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrupun yoluxmuş tələbələri bu dövrü bitirib və ənənəvi təhsilə geri dönüblər. Tələbələr arasında virusu ağır keçirən yoxdur”.

Tədrisin ənənəvi formada bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb. BMU-dan "Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb: "Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb”.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində yoluxma səbəbindən bir neçə qrup distant təhsilə keçib.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....