Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilə bilər - VİDEO

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilə bilər - VİDEO
"Bakı Tekstil Fabriki" MMC yeni məktəbli formaları hazırlayıb. Yüngül, rahat və isti olan bu formalardan, hələ ki, ölkəmizdə litseylərdə təhsil alan və regionlarda olan bəzi məktəblərin şagirdləri istifadə edə bilirlər. İndi isə sözügedən müəssisə Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib. Müsbət cavab alınarsa, Bakıda yerləşən dövlət məktəblərində təhsil alan şagirdləri də yeni geyimlər bəzəyəcək.

Sfera.az xəbər verir ki, bu formalar daha yüngül və daha rahatdır. Hətta, istiliyi də hazırki formalardan qat-qat üstündür. Elə hazırlanıb ki, həm qız, həm də oğlanlar istifadə edə bilərlər, rəng seçimi də mümkündür.

"Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva "Xəzər Xəbər"ə deyib ki, məktəblilərin rahatlığı çox önəmlidir. Elə bu məqsədlə də, Avropa ölkələrini nümunə götürərək, yeni formalar hazırlayıblar. Hansı ki, bu geyimlərdən hazırda ölkəmizdə əsasən litseylərdə istifadə olunur. İndi isə məqsəd odur ki, bu formalar dövlət məktəblərində təhsil alan şagirdləri də bəzəsin.

O əlavə edib ki, hazırda istifadə edilən formalar sintetik tərkibli olduğu halda, bunlar pambıqdır. Ona görə də, istifadə zamanı şagirdə maksimum rahatlıq verir.

Səkinə Babayevanın sözlərinə görə, Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib, cavab gözləyirlər. Qeyd edək ki, hazırda litseylər ilə yanaşı, Şirvan, Gəncə, Abşeron yarımadası və Sumqayıtda olan bəzi məktəblərdə də şagirdlər məhz bu formalardan istifadə edirlər.
 


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...