Gəncədə iki qardaş bıçaqlandı

Gəncədə iki qardaş bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vüsal Rəhimov sol budun, qardaşı - 1992-ci il təvəllüdlü Anar Rəhimov isə qolun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki xəstənin yaraları tikilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, qardaşları Göygöl rayonunun Murovdağ qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Əliyev Mərhəmət Rəhim oğlu bıçaqlayıb.

M.Əliyev qardaşlar tərəfindən döyüldüyü üçün onları bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR