İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olundu - FOTOLAR

İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olundu - FOTOLAR
İsmayıllı rayonunun Talıstan kəndindən olan şəhid Səməd Hüseynzadənin ad günü məzarı yanında qeyd olunub.
 
Sfera.az xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verərək  Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıb.

Çıxış edənlər şəhid Səməd Hüseyzadənin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Talıstan kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi şəhidin evində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edildiyi "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə” və "Ağdamın azad olunmasına görə” medallarını onun ailəsinə təqdim ediblər.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetini bitirdikdən sonra Hərbi Xidmətə yola düşüb. 44 günlük Vətən müharibəsində  iştirak edən Səməd Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı mənfur düşmənin atdığı top atəşi nəticəsində dörd yoldaşı ilə birlikdə qəhramancasına şəhid olub.

Şəhid Səməd Hüseyzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə" , "Ağdamın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...