"ABŞ-ın nüvə anlaşmasına qayıtmasını istəyirik" - İran

"Biz ABŞ-ın qeyd-şərtsiz nüvə anlaşmasına qayıtmasını istəyirik". 
 
Sfera.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
 
"İrana qarşı sanksiyalar da ləğv edilməlidir. ABŞ-a heç zaman şərt qoymamışıq, çünki ABŞ nüvə anlaşmasının bir tərəfidir. Əsas məqsəd bütün sanksiyaların ləğv ediləcəyinə dair inam yaratmaqdır", - deyə Xətibzadə bildirib.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR