Azərbaycanda keçmiş məmur HƏBS EDİLDİ - SƏBƏB

Azərbaycanda keçmiş məmur HƏBS EDİLDİ - SƏBƏB
Bərdədə keçmiş bələdiyyə sədri rüşvətə görə həbs edilib.

Bərdə Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, Bərdə rayonu, Şorəlli kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Şorəlli bələdiyyəsinin sabiq sədri Raqub Kərimov işlədiyi müddət ərzində öz qulluq səlahiyyətlərindən istifadə edərək vətəndaşdan rüşvət almaqla torpaq sahələrini geri tarixlərə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, Raqub Kərimov qeyd olunan maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

KTMT-nin iclası Mirzoyansız başladı

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.   Sfera.az xəbər verir k...