Zeynəb Xanlarova haradadır? - Oğlundan açıqlama

Zeynəb Xanlarova haradadır? - Oğlundan açıqlama
Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova təxminən iki aydan sonra - 28 dekabrda növbəti yubileyini - 85 yaşını qeyd edəcək.

Maraqlıdır ki, Xalq artisti hazırda 1 ilini qeyd etdiyimiz 44 günlük Vətən müharibəsinə və Ordumuzun Qarabağdakı zəfərinə reaksiyasını da mediaya açıqlamayıb.

Bəs Zeynəb xanım haralardadır, sənətkar mətbuatdan niyə uzaq gəzir?

Sfera.az xəbər verir ki, modern.az sənətkarın özü ilə əlaqə saxlaya bilməyib, amma oğlundan Zeynəb xanım haqqında qısaca bilgi alıb.

Ailəsindən bildirilib ki, Zeynəb Xanlarova Azərbaycanda – Bakıdadır: "Hər kəs kimi o da pandemiya səbəbindən özünü qoruyur”.

Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi. 

Sənətkar 12 illik fasilədən sonra ötən il böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, koronavirus pandemiyası ona mane oldu.

Belə ki, əvvəlcə 28 marta təyin olunan konsertin vaxtı pandemiya səbəbiylə tamaşaçıların təhlükəsizliyi nəzərə alınaraq 3 may tarixinə dəyişdirilmişdi. Daha sonra tədbirin tarixi yenidən dəyişdirilərək 28 noyabra keçirildi. Amma koronavirusun tüğyan etməsi həmin tarixdə də sənətkarın tamaşaçıları bir yerə toplamasına imkan vermədi və konserti reallaşmadı.

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun”, "Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, Şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı daşıyıb.

1975-ci ildən Azərbaycanın Xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan Dövlət mükafatı laureatıdır.

1996-cı ildə "Şöhrət” ordeni, 2006-cı ildə "İstiqlal” ordeni, 2016-cı ildə "Heydər Əliyev” ordeni ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...