SOCAR da dəyişikliklərlə bağlı məlumat yaydı

SOCAR da dəyişikliklərlə bağlı məlumat yaydı
"Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, qazın alınmasına sərf edilən xərclər əsas götürülür”.

Sfera.az xəbər verir ki, bunu SOCAR-ın mətbuat xidməti rəhbərinin müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, əvvəlki illərdə qazın alışını və satışını SOCAR həyata keçirirdi:

"Bildiyimiz kimi, SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, qazı başqa şirkətlər də hasil edirlər. SOCAR Azərbaycanın təbii qaza olan tələbatını ödəmək üçün başqa şirkətlərdən də, xüsusilə də "Şahdəniz” konsorsiumundan qaz alır.

"Artıq bir ilə yaxındır ki, qazın topdan alış-satışını dövlət şirkəti olan "Azərkontrakt” həyata keçirir. Həmin şirkət SOCAR və digər qaz hasilatçılarından qazı topdan qiymətə alaraq qazpaylayıcı şəbəkələrə satır.

"Azərkontrakt”ın şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir ki, o da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Bazarda qiymətlər artdıqca həmin qazın qiyməti artır. Bu zaman isə qazı alan tərəf - dövləti təmsil edən şirkətin də xərci artır.

Qazın satış tarifləri dəyişmədikdə bu artımın da kompensasiyası mümkün olmur. Ya dövlət subsidiyalaşdırmalı, ya da qiymət artımı baş verməlidir.

Subsidiyalaşdırmanın da müəyyən fəsadları var ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır. Hazırda dünyada qaz qiymətləri ötən illə müqayisədə 10, 20, 30 dəfələrlə artıb.

Təbii ki, "Azərkontrakt”ın da başqa şirkətlərdən aldığı qazın qiyməti, xərcləri müəyyən qədər artıb”.

OXŞAR XƏBƏRLƏR

Səadət İsmayılovaya vəzifə verildi

Səadət İsmayılova 7 iyul 2025-ci il tarixində "Bakı Metropoliteni" QSC-də İcraya nazarət va sənədlərlə iş departamentinin rəisi vəzifəsinə təyin edili...

Temperatur 36 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Bu barədə ...

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az Dövlə...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...