Koronavirusa görə bağlanmış siniflər üçün 14 günlük karantin yetərlidir? - Açıqlama

Koronavirusa görə bağlanmış siniflər üçün 14 günlük karantin yetərlidir? - Açıqlama
Ali və orta təhsil müəssisələrində koronavirusa yoluxma ilə əlaqədar bəzi sinif və qruplar 14 günlük distant təhsil rejiminə keçib.

Maraqlıdır,14 gün distant rejim yoluxma riskini minimuma endirə bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli qapalı məkanlarda virusun yayılmasının sürətlə baş verdiyini bildirərək, simptomların bədəndə özünü fərqli müddətdə və fərqli şəkildə göstərə biləcəyini deyib: 
 
"Qapalı şəraitdə koronavirus infeksiyasının bir şəxsdən digərlərinə ötürülməsi çox sürətlə baş verir. Təbii ki, virus mühitdəki insanlardan hamını yoluxdursa belə, hamıda özünü simptomatik şəkildə göstərməyə bilər. Koronavirus hər orqanizmdə müxtəlif inkubasiya dövrü keçirə bilər. Yəni simptomlar özünü bədəndə müxtəlif dövrdə və fərqli şəkildə göstərə bilir”.
 
İnfeksionist koronavirus sipmtomlarının gizli dövründən də danışıb:

"Koronavirusun gizli dövrünün 2 həftədən artıq çəkməsi olduqca nadir hallarda baş verən hadisədir. Buna görə də yoluxma aşkarlanan qruplarda 14 günlük distant təhsilə keçilməsi əks epidemik tədbir olaraq kifayətdir. Yəni 2 həftə boyunca ənənəvi tədrisdən uzaq qalmaq yoluxma sipmtomlarının aşkara çıxması üçün yetərlidir”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...