Uşaqların iştirakı ilə baş verən cinayətlərin sayı niyə artır? – Psixoloq səbəblərdən danışdı

Uşaqların iştirakı ilə baş verən cinayətlərin sayı niyə artır? – Psixoloq səbəblərdən danışdı
Cəmiyyətimizin aktual problemlərindən biri də uşaqlar və yeniyetmələr arasında cinayət hallarının çoxalmasıdır. Xüsusilə son vaxtlar uşaqlar və yeniyetmələr arasında kibercinayət, dələduzluq və s. kimi qanunsuz hərəkətlərin sayı artmaqdadır.

Maraqlıdır, problemin kökündə hansı səbəblər dayanır? Bu kimi halların qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Fərqanə Mehmanqızı uşaqların və yeniyetmələrin cinayətkar kimi formalaşmasına ailələrin səbəb olduğunu bildirib:

"Uşaq cinayətlərinin kökündə ailə dayanır. Ailə ilə uşaq arasında bağın olmaması, uşaqlara mənəvi dəyərlərin aşılanmaması nəticəsində onların psixikasında dəyişikliklər baş verir. Eləcə də, qayğıdan kənar uşaqlar oğurluğa və dələduzluğa, cinayətə meyil olur. Bu, iki insanın məsuliyyətsiz şəkildə ailə qurması, dünyaya övlad gətirməsindən irəli gəlir. Özünü yetişdirməyən cəmiyyət özünü yetişdirməkdə olan cəmiyyəti yetişdirə bilməz. Ona görə də bu gün daha diqqətli olmaq lazımdır. Artıq ana olmağa hazırlaşan qadınlar da müxtəlif psixoloji testlərdən keçməlidir ki, həqiqətən də bu xanım ana olmağa hazırdırmı?”
 
Psixoloq məsuliyyətsiz və normal münasibət qura bilməyən cütlüklərin dünyaya uşaq gətirməsinin doğru olmadığını bildirərək, bunun şəxsi iş kimi qiymətləndirilməsinin yanlış olduğunu deyib:

"Ümumiyyətlə, yaxşı olardı ki, cütlüklər ailə qurmamışdan tibbi testlər verdiyi kimi, psixoloji testlərdən də keçsin. Yəni cütlüklər ailə olmağı məsuliyyətini dərk etməlidir. Hazırda uşaqların cinayətə bu dərəcədə meyil etməsi insanların məsuliyyətsizliyinin nəticəsidir. Məsuliyyətsiz insanlar bu şəkildə cəmiyyətə "qara yara” bəxş edir. Bəzən belə cütlüklər üçün deyilir ki, şəxsi işləridir, özləri bilərlər. Lakin hər bir insan cəmiyyətin üzvüdür və müəyyən mənada cəmiyyətə müsbət və mənfi təsirləri olur. Bu baxımdan insanların məsuliyətsizliyi onların şəxsi işi ola bilməz. Cəmiyyətə qoşulan, toxunan bir şey fərdi məsuliyyət sayıla bilməz”.
 
Əzizə Zeynal  
 

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

KTMT-nin iclası Mirzoyansız başladı

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.   Sfera.az xəbər verir k...