Ayaqları kəsilən xalq artistindən xəbər var
Cəmiyyət
19:19 / 08.07.2016
1169
Bir neçə ay bundan əvvəl hər iki ayağı amputasiya olunan xalq artisti, tanınmış aktyor Muxtar Maniyevin səhhətində irəliləyişlər var.
Sfera.az bildirir ki, ailəsindən publika.az-a verilən açıqlamaya görə, aktyor
bağda dincəlir:
"Muxtar
təbiəti, ağacları çox sevir, buna görə də onu bağa gətirdik. Amma mütəmadi həkim
nəzarəti altında müalicəsini davam etdirir. Əhval-ruhiyyəsi yüksəkdir, güclü
olmağa çalışır. Həmişə ürəyində filmlərə çəkilmək arzusu olub, amma səhhəti ilə
əlaqədar bunun mümkünsüz olduğunu da bilir. Buna görə ruhdan düşmür, həyat
davam edir. Onsuz da, kinoda sözünü deyib, bütün obrazları ilə sevilib, yadda
qalıb. Muxtarın elə bir rolu yoxdur ki, unudulsun".
Həyat
yoldaşına göstərdiyi diqqət və qayğıya görə Nəsibə xanım Mədəniyyət və Turizm,
eləcə də Səhiyyə Nazirliyinə minnətdarlığını bildirib.