Dörd rayondan oğurluq edənlər tutuldu, biri yeniyetmə qız, o biri... - FOTOLAR

Dörd rayondan oğurluq edənlər tutuldu, biri yeniyetmə qız, o biri... - FOTOLAR
Qaxda 4 rayonda oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, Qax rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən pul, tütün məmulatları və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən Xaçmaz rayon sakini İsa Kərimov və Qax şəhər sakini olan yetkinlik yaşına çatmayan qız saxlanılıb. Onlarla əlbir olan digər iki nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı həmin şəxslərin Qax şəhəri ərazisindəki evlərin birindən tir tüfəngi, eləcə də Bərdə, Xaçmaz və Zaqatala rayonlarında yerləşən mağazalardan, evlərdən pul və ərzaq məhsulları oğurladıqları da məlum olub.

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanılıb, digər iki nəfərin saxlanılması istiqamətində zəruri əməliyyat- istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yevlaxda ağır qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1951-ci il təvəllüd...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...