“Güneyli soydaşlarımızın üzləşdiyi haqsızlığa səssiz qalmayacağıq” - Novella Cəfəroğlu
Gündəm
15:01 / 15.10.2021
1099
”İlk
dəfə deyil ki, Cənubi Azərbaycanla bağlı beynəlxalq insan haqları təşkilatlarına
müraciət ünvanlayırıq. Uzun illərdir ki, Cənubi Azərbaycanla işləyən təşkilatıq
və İranda baş verən insan hüquqları
pozuntuları ilə bağlı vaxtaşırı müvafiq təşkilatlara məlumat veririk”.
Bu
sözləri Sfera.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu bir qrup hüquq müdafiəçisinin
İran İslam Respublikasında həbs olunan fəalların taleyi ilə bağlı BMT-nin İnsan
Hüquqları Komitəsi və "Amnesty İnternational" Təşkilatına ünvanladığı
müraciət haqda danışarkən deyib:
"Ümumiyyətlə
harada ki, insan haqları pozulur biz bu məsələləri daim müvafiq qurumlara
çatdırırıq. Xüsusilə İranda baş verən
haqsızlıqları, insan haqları pozuntularını izləyir, vaxtında müdaxilə edir və
nüfuzlu təşkilatlara məlumat veririk.
Turan
Rzayev