"Pink Floyd"un solisti 5-ci dəfə evləndi - 78 yaşlı ulduzun toyundan FOTOLAR

11:52 / 15.10.2021
836
Məşhur Pink Floyd rok qrupunun müğənnisi və bas gitaristi Corc Rocer Vaters evlənib.
Sfera.az bildirir ki, 5-ci dəfə nikah masasına oturan 78 yaşlı sənətçi bu barədə sosial media hesabında paylaşım edib. O, bir müddətdir münasibətdə olduğu
Kamilah Kavislə ailə həyatı qurduğunu açıqlayıb.
Corcun toy məclisini 2010-cu ildə 16,2 milyon dollara aldığı Nyu-Yorkdakı villasında keçirdiyi bəlli olub.
Qeyd edək ki, cütlük ilk dəfə 2019-cu ildə keçirilən Venesiya Film Festivalında birlikdə görüntülənmişdi.
Türkan
Sfera.az