DYP aeroport yolundakı qəzada ölən və yaralananların adlarını AÇIQLADI

DYP aeroport yolundakı qəzada  ölən və yaralananların adlarını AÇIQLADI
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) aeroport yolunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Ötən gün saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi "Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi "Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çarpılan, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

Qəza nəticəsində avtobusda olan sərnişin 1985-ci il təvəllüdlü Babayeva Kəmalə Eloğlan qızı, eləcə də səkidə və yol kənarında dayanan 1964-cü il təvəllüdlü Abdullayev Məhiyəddin Qara oğlu, 1989-cu il təvəllüdlü Aslanov İlham Elxan oğlu, 1961-ci il təvəllüdlü İsgəndərova İradə Əli qızı və 1965-ci il təvəllüdlü Yaqubova Mehbarə Şaban qızı hadisə yerində ölmüş, 1968-ci il təvəllüdlü Tağıyev Zahid Babasan oğlu, 1972-ci il təvəllüdlü Mansurova Samirə Vaqif qızı, 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1954-cü il təvəllüdlü Sapojnikova Anna İsayevna, 1988-ci il təvəllüdlü Hüseynov Ruslan Rövşən oğlu, 1990-cı il təvəllüdlü Sadıqova Gülüş Həsənağa qızı, 1968-ci il təvəllüdlü Səlimov Müslüm Paşa oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Zakir oğlu, 1998-ci il təvəllüdlü Əliyev Muraz Mərdan oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1984-cü il təvəllüdlü Ağayeva Aygün Səməd qızı, 1969-cu il təvəllüdlü Əliyeva Zərifə İsmayıl qızı, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı, 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz Vüsal oğlu, 1986-cı il təvəllüdlü Kərimova Aytən Əli qızı, 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1962-ci il təvəllüdlü Əsadova Mətanət Nurulla qızı, 1993-cü il təvəllüdlü Tağıyev Surət Nüsrət oğlu, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Savalan oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı, 1966-cı il təvəllüdlü Cəbiyev Natiq Taksim oğlu, 1989-cu il təvəllüdlü Həsənova Aynurə Vilayət qızı və 1987-ci il təvəllüdlü Qəribov Cavid Eldəniz oğlu xəsarət alıblar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır".

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...