“Mobil məhkəmə” nə zaman tətbiq ediləcək? – AÇIQLAMA
Maraqlı
15:54 / 14.10.2021
893
"Müasir qlobal çağırışlar, Pandemiya ilə əlaqəli
vəziyyət tələb edir ki , məhkəmələr onlayn mühitdə də işləməyə hazır olmalıdır”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert ötən illərdə məhkəmədə bu təcrübənin sınaqdan keçirildiyini qeyd edib:
"Məhkəmələrin onlayn mühitdə işləməsi üçün ölkəmizdə müəyyən addımlar atılmışdı. Ötən illərdə bir neçə məhkəmədə bu proses sınaqdan keçirildi, lakin görünən odur ki , sonradan ölkə üzrə yayılması nədənsə ləngidi. Ümumiyyətlə, son illərdə Ədliyyə Nazirliyi sistemində rəqəmsal transformasiya ilə əlaqəli bir xeyli addımlar atılıb. Ötən gün "Elektron notariat” və "Elektron icra” informasiya sistemi haqqında Əsasnamələr təsdiq edilib. Bundan öncə "Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə də təsdiqlənmişdi. Bu informasiya sistemləri artıq çoxdan aktiv işləyir.
Hazırda "Elektron notariat” informasiya sisteminə "söykənən” "Mobil notariat” tətbiqi ölkənin ən faydalı rəqəmsal həllərindən biridir . 100 mindən yuxarı aktiv istifadəçisi var. Dünyanın istənilən yerindən notarial hərəkətlərə imkan verir. Düşünürəm ki, indiki mərhələdə diqqət yetiriləcək məsələ bu rəqəmsal resursa inteqrasiya oluna biləcək xidmətlərin sayını artırmaq və ədliyyə sistemində digər mobil tətbiqlərin hazırlanmasına diqqət yetirmək olardı. Bu baxımdan Ədliyyə Nazirliyinin "Elektron məhkəmə ” sisteminin də tam funksional mobil versiyasını hazırlamaq, ümumiyyətlə işlək mobil məhkəmə sistemini formalaşdırmaq çox faydalı olardı. Fikrimcə, "Mobil notariat"dan sonra bu, elə də ciddi problem olmamalıdır”.
İT eksperti mobil məhkəmənin tətbiqinin insanların məhkəmə proseslərində daha effektiv iştirak etməyə səbəb olacağını deyib:
Əzizə Zeynal

"Əslində, xatırlayıram ki, bir neçə il öncə elektron məhkəmənin mobil
resursunun hazırlanması gündəmdəydi. Hətta ilkin, informativ versiyasının
hazırlandığı da bildirildi. Lakin sonralar bunun inkişaf etdirilməsi, tam
funksional mobil məhkəmə sisteminin hazırlanması nədənsə unuduldu. Hazırlanan
tətbiq inkişaf etdirilmədi. Aktiv mövcud informasiya sistemi olduğu halda mobil həllin hazırlanmaması
düşündürücüdür.
Fikrimcə , belə bir mobil həll məhkəmə proseslərində daha effektiv iştirak
etməyə, mövcud problemlərdən dolayı məhkəmələrə uzaqdan qoşulmağa, ictimai
əhəmiyyət kəsb edən məhkəmə statistikasını daha effektiv əldə etməyə kömək
olardı. Maraqlıdır ki, "Mobil notariat" sistemində identifikasiya və
digər məsələlər həll olunduğu halda onlar mobil məhkəməyə inteqrasiya
olunmayıb. Hazırda "Elektron məhkəmə ” portalının da dizaynı xeyli köhnəlib,
interfeysi və funksionallığı istifadəçi üçün rahat deyil. Bu baxımdan "Mobil məhkəmə” nin hazırlanması da "Elektron məhkəmə ”dən və
Vahid Məhkəmə Portalından daha effektiv istifadəyə kömək olardı, mobil
telefonla məhkəmə baxışlarında iştiraka şərait yaradardı, məhkəmələrə
əlçatanlıq və ictimai nəzarət imkanlarını da genişləndirdə bilərdi”.