Evdə “Wi-Fi”ın sürətini artırmağın üsulu açıqlandı - VİDEO
15:54 / 14.10.2021
822
@top.comp ləqəbli rusiyalı bloqer evdə "Wi-Fi”-ın sürətini artırmağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bunun üçün marşrutlaşdırıcı (router) parametrlərində kanal dəyişdirilməlidir.
Video müəllifi marşrutlaşdırıcının işini qonşunun "Wi-Fi”nın ləngidə biləcəyini deyib.
"Başqa mənzillərdə olan cihazların mane olmaması üçün, brauzerdə xüsusi ünvana daxil olaraq marşrutlaşdırıcının parametrləri açılmalı (bu hər cihazda özünəməxsus ola bilər), daha sonra, "simsiz rejim” bölməsində kanal parametrləri dəyişdirilməlidir. Qonşunuz 1-dən 9-a qədər kanal istifadə edə bilər; açılan siyahıya baxırıq və 10, 11, yaxud da 12-ni seçirik. Beləliklə, marşrutlaşdırıcımız qonşularımızın marşrutlandırıcılarından fərqli kanallardan istifadə edəcək”, - deyə bloqer izah edib və bunun sayəsində "Wi-Fi”ın daha sürətli işləyəcəyini bildirib.
O vurğulayıb ki, bundan sonra dəyişikliklər yadda saxlanılmalı, ardınca marşrutlaşdırıcının işi yenidən başladılmalıdır.
@top.comp həmçinin marşrutlaşdırıcını pəncərələrin və qapıların yanına qoymamağı tövsiyə edib, çünki qonşu cihazlar ən çox həmin yerlərdə nasazlıqlar yaradır.
Qeyd edək ki, Rusiyada Q.V.Plexanov adına RİU-nun İnformatika kafedrasının dosenti Aleksandr Timofeyev də evdə interneti sürətləndirmək üçün boş kanala keçməyi tövsiyə edir. Onun sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq müasir cihazların optimal kanalı seçmək üçün "avtomatik” funksiyası var.
"Köhnə marşrutlaşdırıcılarda bu rejim olmadığı halda, "Wi-Fi” analizatorunun problemin öhdəsindən gəlməyə kömək edəcək və hansı kanalların qonşu kanallarla üst-üstə düşdüyünü öyrənməyə imkan verəcək”, - deyə ekspert bildirib.