Xalq artisti vəfat etdi: Polad Bülbüloğlunun xanımı olub - FOTO

Xalq artisti vəfat etdi: Polad Bülbüloğlunun xanımı olub - FOTO
Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti Bela Rudenko dünyasını dəyişib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı tənqidçi Andrey Plaxov feysbukda yazıb.

Sənətkar 88 yaşında Moskvada vəfat edib.

Qeyd edək ki, B. Rudenko 1933-cü il avqustun 18-də Ukrayna SSR-in Luqansk vilayətinin Bokovo-Antratsit qəsəbəsində (indki Antratsit şəhəri-red.) anadan olub. Dünyanın bir çox ölkələrində çıxış edən opera müğənnisi 1992-ci ildə karyerasına son qoyub. 1995-1999-cu illərdə Moskva Böyük Teatrının opera truppasının bədii rəhbəri olub. 1977-2017-ci illərdə Moskva Dövlət Konservatoriyasında dərs deyib, 1989-cu ildə təhsil müəssisəsinin professoru olub. 1960-cı ildə "SSRİ Xalq artisti" fəxri adına layiq görülüb.

İki dəfə ailəli olub. Rudenkonun birinci həyat yoldaşı Ukrayna SSR mədəniyyət nazirinin müavini Vladimir Yefremenko, ikinci həyat yoldaşı isə Azərbaycan Xalq artisti Polad Bülbüloğlu olub. Opera müğənnisinin birinci nikahından Yekaterina adlı qızı, ikinci nikahından isə Teymur adlı oğlu var. Sonuncu hazırda biznesmendir.

OXŞAR XƏBƏRLƏR

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...

Rusiyada Xəlil Arslanov 17 il azadlıqdan məhrum edildi

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzl...

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...