Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi

Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi
"Azərbaycan Ordusunun diversiya cəhdi barədə ermənilərin yaydığı məlumat dezinformasiyadır”.

 

Ermənistanın kütləvi informasiya vasitələri iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat hərəkəti barədə məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, ermənilərin yaydığı məlumat həqiqətəuyğun deyil və dezinformasiya xarakteri daşıyır.

"Ermənistanda hökm sürən qeyri-sabit siyasi vəziyyətdən ölkə ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdən Ermənistan rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları yaymaqla cəbhədəki vəziyyəti növbəti dəfə gərginləşdirməyə cəhd göstərir. 

Əvvəllər də bəyan etdiyimiz kimi, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiq qalaraq yalnız düşmən təxribatının qarşısının alınması tədbirlərini həyata keçirir”, - deyə məlumatda bildirilir. 

Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır, düşmənin ön xətdəki istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Baş verə biləcək bütün hadisələrə görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

 


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...