Azərbaycanda məktəbli oğurlanıb? - DİN-dən açıqlama

Azərbaycanda məktəbli oğurlanıb? - DİN-dən açıqlama
Sosial şəbəkələrdə Bakı və Sumqayıtda məktəbli uşaqların oğurlanması ilə bağlı şayiə yayılıb. Səs yazısı kimi Votsapda yayılan məlumat valideynlər arasında təşvişə səbəb olub.

Sfera.az-ın məlumatına görə, məsələ barədə "ASAN Radio”ya DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

"Təşviş üçün heç bir əsas yoxdur. Votsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. İlkin qənaət ondan ibarətdir ki, tamamilə yalan və cəfəngiyyatdır. Təxribat məqsədi daşıyır.

Daxili İşlər Nazirliyinə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”, - DİN rəsmisi qeyd edib.

OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...