XİN-in vəzifəli şəxslərinin məhkəməsində şahidlər dindirildi

XİN-in vəzifəli şəxslərinin məhkəməsində şahidlər dindirildi
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Rəsmiyyə Qazıyeva deyib ki, bir neçə nəfərin adına şirkətlər açaraq banklardan etibarnamə ilə pul götürüb: "Mən 15 dəfə 15 min manat götürüb Şahinə verdim. Mənə isə ondan 2 faiz qalırdı”.

Daha sonra şahid qismində Şahin Abdullayev dindirilib. O, bankda işlədiyini deyib.

Digər şahid Şahin Rəsulov söyləyib ki, Şirvanda yaşayan Nicat Ələkbərov adlı tanışının əli ilə şirkət açıb. O, tenderdə qalib gəldiyini, 32 min manat pul çıxartdığını deyib: "Pulu da Rövşənə verdim”.

Xırdalanda usta olduğunu deyən şahid Bilal Qasımov bankdan 30 min manat pul çıxardaraq mal aldığını bildirib. Onun sözlərinə görə, həmin malları da S.Əlizadəyə verib.

Proses oktyabrın 20-də davam edəcək.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....