DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - Onlayn fırıldaqçının FOTOSU

DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - Onlayn fırıldaqçının FOTOSU
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, S. Əsmənzadə instagram sosial şəbəkəsində "prenses_mebel_salonu”, "stil_mebel_salonu”, "estello_mebel_salonu” və "arzum_mebel_salonu” adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlar ilə təqdim etmiş, ucuz mebel dəstləri satacağını vəd etmiş, müəyyən məbləğləri onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib. Bundan başqa saxlanılan şəxs Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərəində müxtəlif evlər kirayələməklə və başqa-başqa şəxslərin adına bank kartı açaraq məsuliyyətdən yaxa qurtaracağını düşünərək mütəmadi olaraq mobil nömsəini və yaşadığı ünvanı dəyişmişdir.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində özünü tanınmış mebel firmalarının rəsmi nümayəndəsi kimi təqdim edən S. Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələlik 5 vətəndaşdan ümumilikdə 6200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub. S. Əsmənzadənin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in "102” Zəng Mərkəzinə, Gəncə şəhər Baş Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxlanılan şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəslləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yevlaxda ağır qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1951-ci il təvəllüd...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...